Bakı. Şamil Əlibəyli - APA. Gələn həftə Minskdə İKT sahəsi üzrə Belarus-Azərbaycan biznes forumu keçiriləcək. Bu barədə APA-ya Belarusun Azərbaycandakı səfirliyindən bildiriblər.
Məlumata əsasən, Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 23-26-da Minskdə keçiriləcək XX TİBO-2013 beynəlxalq informasiya sərgisində iştirak etmək üçün Belarusda səfərdə olacaq. Aprelin 24-də isə Belarus Milli Kitabxanasında ikinci İKT sahəsi üzrə biznes-forum təşkil olunacaq.
Azərbaycan tərəfini Əli Abasov, Belarus tərəfini isə rabitə və informasiya naziri Nikolay Panteley təmsil edəcək.
Qeyd edək ki, birinci biznes-forum 2010-cu ildə Bakıda keçirilib.