Nazir Dan Şovan: «Azərbaycanla Rumıniya arasındakı iqtisadi əlaqələr siyasi münasibətlərə uyğun deyil»

Nazir Dan Şovan: «Azərbaycanla Rumıniya arasındakı iqtisadi əlaqələr siyasi münasibətlərə uyğun deyil»
# 14 mart 2013 10:20 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda Azərbaycan və Rumıniya arasında iki ölkə arasında iqtisadi əlaqələr siyasi münasibətlərə uyğun deyil. Çünki Azərbaycanla Rumıniya arasındakı siyasi əlaqələr olduqca yüksəkdir. «APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan Rumıniyanın milli maraq kəsb edən infrastruktur layihələri və xarici investisiyalar üzrə xüsusi naziri Dan Şovan jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsinin artmasına baxmayaraq, iqtisadi əlaqələr istənilən səviyyədə deyil. «Halbuki bu əlaqələri genişləndirmək üçün böyük potensial var. Biz Azərbaycan şirkətlərini Rumıniya iqtisadiyyatına investisiya yatırmağa dəvət edirik. Eyni zamanda, Azərbaycan iqtisadiyyatına, əsasən infrastruktur, kənd təsərrüfatı, energetika, nəqliyyat və yolların çəkilişi kimi sahələrə maraq göstəririk», - deyə D.Şovan bildirib.

Nazir onu da qeyd edib ki, Rumıniya «Nabbuco» və AGRI kimi enerji daşıyıcılarının daşınması layihələrin icrasında maraqlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR