Bank Of Baku

Nazir Əli Abbasov: «Azərbaycan hökuməti startap layihələrinə dəstək verməyə hazırdır»

Nazir Əli Abbasov: «Azərbaycan hökuməti startap layihələrinə dəstək verməyə hazırdır»
# 04 iyul 2013 08:59 (UTC +04:00)

Nazirin sözlərinə görə, son zamanlar Azərbaycanda gənclər tərəfindən startap layihələrinə maraq artıb. Lakin onların bir çoxu özlərinin yeni ideya və layihələrini inkişaf etdirə bilməyəcəklərini düşünürlər.

 

Ə.Abbasov əlavə edib ki, Azərbaycan hökuməti olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkədə startap layihələri dəstəkləyir və onların həyata keçirilməsi üçün lazımi tədbirləri görməyə hazırdır: «Azərbaycan kiçik ölkə olduğundan burada yerli bazarlar məhduddur və bu onu göstərir ki, yeni ideya və layihələr ölkənin ixrac potensialını bir qədər də artıra bilər. Azərbaycan hökumətinin əsas məqsədi ədalətli rəqabət mühiti yaratmaq və müəyyən güzəştlər əqdim etməkdir. Eyni zamanda biz startap layihələr üçün Yüksək Texnologiyalar Parkında vergi güzəştlərinin tətbiqini, İKT-nin İnkişaf Fondu və investorlar tərəfindən güzəştli şərtlərlə vəsait ayırmağı düşünürük».

 

Nazir həmçinin bildirib ki, startap layihələrini maliyyələşdirmək üçün özəl kapital fondlarının yaradılması da istisna olunmur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR