Bank Of Baku

Nazir müavini Sevinc Həsənova: «Vergi tətillərinin tətbiqi ilə əlaqədar müsbət gözləntilərimiz var»

Nazir müavini Sevinc Həsənova: «Vergi tətillərinin tətbiqi ilə əlaqədar müsbət gözləntilərimiz var»
# 08 fevral 2013 10:36 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Son 10 ildə Azərbaycanda ÜDM-in həcmi 3,4 dəfə, qeyri-neft sektorunda ÜDM-in həcmi isə 2,7 dəfə artıb. «APA-Economics»in xəbər verdiyi kimi, bunu iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova bildirib.

 

S.Həsənovanın sözlərinə görə, 10 il ərzində qeyri-neft sektoru üzrə illik artım 10%-dən çox olub. Nazir müavini bildirib ki, qarşıdakı illərdə ölkə iqtisadiyyatının artımı əsasən qeyri-neft sektorunun hesabına təmin ediləcək. «Ötən il qeyri-neft sektorunda 28 mlrd. manatlıq məhsul istehsal edilib ki, bu da 9,7% artım deməkdir. Ötən il ölkəyə yatırılan 20 mlrd. manat investisiyaların 70%-i qeyri-neft sektorunun payına düşür», - deyə nazir müavini bildirib.


S.Həsənova qeyd edib ki, ölkədə qeyri-neft sektorunun inkişafında əsas rolu vergi siyasəti və onun sayəsində biznes üçün yaradılan şərait oynayır. O cümlədən, sadələşdirilmiş verginin tətbiqi, vergi dərəcələrinin optimallaşdırılması və digər tədbirlər qeyri-neft sektoruna investisiyaların artımına səbəb olub. Vergi dərəcələrinin yalnız azalma istiqamətində dəyişməsi investorlar üçün müsbət siqnaldır. 

 

S.Həsənova bildirib ki, Vergi Məcəlləsinə edilən son dəyişikliklər də iqtisadi inkişafa, o cümlədən iqtisadiyyatın diversifikasiyasına şərait yaradır: «Xüsusilə texnoloji parklardakı şirkətlərə uzun müddətdə vergi tətillərinin tətbiq edilməsi ilə əlaqədar olaraq müsbət gözləntilərimiz var».

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR