Bank Of Baku

Neftçalada “Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır” mövzusunda konfrans keçirilib

Neftçalada “Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır” mövzusunda konfrans keçirilib
# 21 dekabr 2012 16:23 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün Neftçalada İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə “Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır” mövzusunda növbəti konfrans keçirilib.

 

Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 650-ə yaxın istehlakçı iştirak edib.

 

Tədbirdə çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev Azərbaycan prezidenti tərəfindən uğurla davam etdirilən ölkəmizin hərtərəfli sosial-iqtisadi inkişaf strategiyası nəticəsində iqtisadiyyatın bütün sahələrinin dinamik inkişaf etdiyini, əhalinin sosial rifahının daha da yaxşılaşdığını vurğulayıb.

 

İstehlakçıların hüquqlarının qorunması istiqamətində görülən işlər barədə məlumat verən Araz Əliyev bu ilin yanvar-noyabr ayları ərzində Dövlət Xidməti tərəfindən həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 82,3 ton müxtəlif növ ərzaq mallarının satışdan çıxarılaraq məhv edildiyini diqqətə çatdırıb. Bildirilmişdir ki, istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunması istiqamətində Dövlət Xidməti tərəfindən inzibati tədbirlərlə yanaşı, maarifləndirmə tədbirləri də həyata keçirilir. 2012-ci ilin ötən dövrü ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 15 adda 178 min buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 19 min yaddaş kitabçası hazırlanaraq paylanmış, televiziya kanallarında sosial reklam çarxları yayımlanıb. Bundan başqa, KİV-də istehlakçıların maarifləndirilməsi məqsədilə müxtəlif materiallar dərc edilmiş, birgə televiziya verilişləri hazırlanmışdır. Bütün bunların nəticəsidir ki, istehlakçı hüquqlarının pozulması, ticarət və xidmət obyektlərində qanun pozuntusu hallarının sayı ildən-ilə azalır.

 

Tədbirdə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir”, “Ərzaq malları alarkən nələrə diqqət yetirməli” mövzularında məruzələrlə çıxış edib, tədbir iştirakçılarının suallarını cavablandırıblar. Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR