Bank Of Baku

Növbəti illik Azərbaycan-Rusiya biznes-forumu Volqoqradda keçiriləcək

Növbəti illik Azərbaycan-Rusiya biznes-forumu Volqoqradda keçiriləcək
# 20 may 2013 09:48 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA-Economics. İyunun 5-6-da Volqoqrad (Rusiya) şəhərində illik Azərbaycan-Rusiya biznes-forumu keçiriləcək.

 

APA-Economics”in Rusiya mətbuatına istinadən xəbərinə görə, forumda 500 nəfər, o cümlədən iki ölkənin Prezident administrasiyalarının, qanunverici və icraedici orqanlarının nümayəndələri, biznesmenlər iştirak edəcəklər.

 

Tədbirdə Azərbaycan tərəfi öz investisiya layihələrini təqdim edəcək. Tərəflər energetika, biznes və sosial sahələrdə əməkdaşlıq planlarını müzakirə edəcəklər.

 

Forumda Rusiya tərəfini “Qazprom”, “Rosneft”, “Rusiya Dəmir Yolları”, “LUKoil”, “VTB Bank” və digər şirkətlər təmsil edəcək.

 

Qeyd edək ki, illik Azərbaycan-Rusiya biznes-forumu bundan əvvəl Bakı və Həştərxanda keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR