Bakı – APA-Economics. Ötən il ərzində Azərbaycanda ixtiralara dair 111 patent verilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, patentlərdən 105-i milli, 6-sı isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub. Faydalı modelə dair 10 patent qeydiyyata alınıb ki, onlardan da 8 ədədi milli və 2 ədədi xarici fiziki və hüquqi şəxslərə məxsus olub. Həmçinin, sənaye nümunələrinə dair 17 patent verilib, onlardan 4 ədədi milli, 13 ədədi isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub.
Hesabat ilində Əmtəə nişanlarının Dövlət Reyestrində 1 211 ədəd əmtəə nişanı qeydə alınaraq sahiblərinə verilib.