Bank Of Baku

Ötən il Azərbaycanda gömrük əməkdaşları barədə 1080 şikayət daxil olub

Ötən il Azərbaycanda gömrük əməkdaşları barədə 1080 şikayət daxil olub
# 30 yanvar 2013 10:22 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda 2012-ci ildə gömrük əməkdaşlarının fəaliyyəti ilə bağlı Dövlət Gömrük Komitəsinə 1 080 şikayət daxil olub. «APA-Economics»in məlumatına görə, bunu Komitə sədri Aydın Əliyev bildirib.

 

Onun sözlərinə görə, şikayətlərin araşdırılması, eyni zamanda gömrük orqanları tərəfindən auditin keçirilməsi nəticələrindən asılı olaraq 118 nəfər intizam məsuliyyətinə cəlb edilib: «Bəzi hallarda isə gömrük əməkdaşı gömrük sıralarında xidmət etməyə layiq olmadığını başa düşərək öz ərizəsi isə işini tərk edib».

 

Komitə sədri gömrük əməkdaşları arasında nizam-intizamın gücləndirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR