Bank Of Baku

Ötən il Azərbaycanda qiymətli metal və daşların istehsalı, emalı və dövriyyəsi ilə bağlı 446 lisenziya verilib

Ötən il Azərbaycanda qiymətli metal və daşların istehsalı, emalı və dövriyyəsi ilə bağlı 446 lisenziya verilib
# 24 aprel 2013 08:48 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətində 2012-ci ilin yekunları müzakirə edilib.


Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə bildirilib ki, ümumilikdə sahibkarlar tərəfindən edilmiş müraciətlər əsasında 1 723 sayda lisenziya verilib, bununla əlaqədar 861 250 manat məbləğində dövlət rüsumu ödənilib. Həmçinin, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və istifadəsi, dövriyyəsi fəaliyyətinə xüsusi lisenziyanın verilməsi üçün müraciətin və sənədlərin qəbulu Xidmətin rəsmi internet saytında yaradılmış xüsusi elektron xidmət bölməsi vasitəsilə həyata keçirilir. Ötən il ərzində sahibkarlar tərəfindən edilmiş müraciətlər əsasında 446 sayda lisenziya verilib, 27 sayda lisenziyanın fəaliyyəti dayandırılıb, 15 sayda lisenziya ləğv edilib. Bununla yanaşı, lisenziyanın alınması ilə bağlı ərizə, 15 fiziki şəxs və 25 hüquqi şəxs olmaqla, 40 sahibkar tərəfindən elektron xidmət vasitəsilə daxil olub. Hesabat ilində lisenziya ilə əlaqədar 228 250 manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilib.


Aparılmış nəzarət işlərinin yekunlarına dair müzakirə zamanı sahibkarlar tərəfindən satışa çıxarılan zərgərlik məmulatlarının əksər hallarda keyfiyyətinin standartlara uyğun olmaması, əyarlarının üzərilərində göstərilən əyardan aşağı olması və hətta qiymətsiz metallardan hazırlanmış olması hallarının aşkar olunması barədə məlumatlar nəzərə çatdırılıb. Belə ki, 67 sahibkarlıq fəaliyyəti subyektində aparılan yoxlamalar nəticəsində Xidmətə gətirilməsi təmin edilmiş zərgərlik məmulatlarının üzərində aşkar edilmiş mənşəyi məlum olmayan ad və əyar damğa izləri təmizlənmiş və məmulatlar əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb. Nəzarət işləri zamanı Xidmətə gətirilməsi təmin edilmiş dövlət əyar damğası ilə damğalanmayan zərgərlik məmulatlarına görə 415 644 manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilib.


Ötən il ərzində ekspertiza, analiz, əyarlanma və damğalanmaya görə Xidmət tərəfindən 1 833 388,4 manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilib. Aparılan yoxlamalar zamanı Xidmətə gətirilməsi təmin edilmiş zərgərlik məmulatlarına görə ödənilən məbləğ ümumi rüsumun 22,6%-ni təşkil edib.


Hesabat ilində yol verilmiş nöqsanlarla əlaqədar qanun pozuntusu aşkar edilmiş sahibkarlar barədə inzibati xətalar üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 67 sayda qərar çıxarılıb və ümumilikdə 61 600 manat məbləğində inzibati cərimə tətbiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR