Bakı – APA-Economics. Aərbaycan Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurasına 2012-ci ildə daxil olan 19 şikayətdən 8-i təmin edilib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, şikayətlərin 17-si vergi ödəyiciləri (və ya digər vətəndaşlar), 2-si vergi orqanları tərəfindən ünvanlanıb. Onlardan 8-i kameral vergi yoxlamaları, 1-i səyyar vergi yoxlaması, 6-sı operativ vergi nəzarəti tədbirlərinin nəticələri, 2-si vergi orqanı əməkdaşlarının hərəkətləri (hərəkətsizliyi), 1-i cinayət işinin xətm olunması, 1-i isə hüquqi ekspertiza zamanı daxil olmuş materialın geri qaytarılması ilə bağlı olub.
Şikayətlərin 8-i təmin edilib, 4-ü təmin olunmayıb, 3 iş üzrə müraciət edən şəxsə məktubla müvafiq izahatlar verilib, 2 iş üzrə təkrar şikayət edən şəxs müraciətini geri götürdüyündən işə mahiyyəti üzrə baxılmayıb, 1 iş üzrə təkrar şikayətin predmeti məhkəmədə mübahisələndirildiyi üçün başlanmış icraata xitam verilib.