Bank Of Baku

Özbəkistan Azərbaycan biznesmenlərini əməkdaşlığa dəvət edir

Özbəkistan Azərbaycan biznesmenlərini əməkdaşlığa dəvət edir
# 29 dekabr 2012 14:46 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Özbəkistanın Fərqanə vilayətinin rəhbərliyi Azərbaycan iş adamlarını əməkdaşlığa dəvət edir.

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, Özbəkistanın Azərbaycandakı səfirliyi maşınqayırma, yüngül sənaye, kənd təsərrüfatı və qida sənayesində fəaliyyət göstərən sahibkarlar üçün Fərqanə vilayətində əlverişli şəraitin yaradılacağı barədə məlumat verir.

 

Öz növbəsində Fərqanə vilayətinin rəhbərliyi sahibkarlara lazımi dəstəyin təmin olunmasını bildirir. Vilayət rəhbərliyi Azərbaycan sahibkarlarını sərgi və biznes forumlarda iştirak etməyə və öz investisiya layihələrinin təqdimatını keçirməyə dəvət edir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR