Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Oktyabrın 29-dan noyabrın 2-dək Daşkənd şəhərində (Özbəkistan) VII Beynəlxalq Sənaye Yarmarkası və Kooperasiya Birjası keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr bu beynəlxalq sərgidə iştiraka dəvət olunurlar.
Tədbir haqqında «Uzekspocentr» Milli Sərgi Şirkəti ([email protected]) və Özbəkistanın Azərbaycandakı səfirliyindən ([email protected]) daha ətraflı məlumat almaq mümkündür.