Bank Of Baku

Prezident İlham Əliyev Sabirabadda müasir istixana kompleksinin açılışında iştirak edib - FOTO

Prezident İlham Əliyev Sabirabadda müasir istixana kompleksinin açılışında iştirak edib - <span style="color: red;">FOTO
# 29 avqust 2013 17:02 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev avqustun 29-da Sabirabadda müasir istixana kompleksinin açılışında iştirak edib.

APA-nın xəbərdiyi kimi, dövlət başçısına məlumat verilib ki, rayonun Kürkəndi kəndində inşa olunan kompleksin illik istehsal gücü 1,3 min tondur. Ərazisi 3,2 hektar olan istixana kompleksinin tikilməsinə 2,6 mln. manat investisiya qoyulub. Bu layihənin həyata keçirilməsinə sahibkarın vəsaiti ilə yanaşı, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən də güzəştli kredit verilib. İstixana kompleksi Hollandiya, İtaliya və Türkiyənin texnologiyaları əsasında qurulub, tam avtomatlaşdırılmış iqlim kontrol sistemləri, istilik-mühafizə pərdələri, havalandırma və suvarma sistemləri ilə təchiz edilib. Müasir texnologiyaların tətbiqi nəticəsində istehsal prosesində enerji xərclərinə qənaət edilir ki, bu da yetişdirilən tərəvəz məhsullarının maya dəyərinin aşağı olmasına və bazara rəqabətədavamlı məhsul çıxarılmasına imkan verir. Kompleksdə ilkin olaraq faraş pomidor əkilməsinə başlanılıb. Yaxın zamanlarda 4 hektar sahəsi olan istixana və emal sahəsinin tikintisinə başlanacaq.

Bildirilib ki, burada şitillərin tozlandırılması xüsusi işçi arılar vasitəsi ilə həyata keçirilir ki, nəticədə yüksək məhsuldarlıq əldə olunur. İstehsal prosesində yalnız orqanik gübrə və dərman preparatlarından istifadə olunur. Məhsulların itkisiz və qısa müddətdə istehlakçılara çatdırılması məqsədi ilə xüsusi nəqliyyat vasitələri alınıb. İstehsal olunan tərəvəz məhsullarının daxili bazarla yanaşı, xarici ölkələrə də ixracı nəzərdə tutulur. Kompleksdə məhsulların qablaşdırılması istehsal olunan tərəvəzin keyfiyyətini itirmədən istehlakçılara çatdırılmasına imkan verir. Layihələrin icrası nəticəsində 55 nəfər yeni iş yerləri ilə təmin olunub.

Sonra prezident kompleksin inkişaf planı və Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşdirilmiş istixana komplekslərinə dair stendlərə baxıb, Fondun icraçı direktoru Şirzad Abdullayev dövlət başçısına tərəvəz istehsalı və istixana təsərrüfatları barədə məlumat verib. Qeyd edilib ki, ötən il 1,2 mln. ton tərəvəz, o cümlədən 472 min ton pomidor, 210 min tondan çox xiyar istehsal olunub. Tərəvəz üzrə özünü təminetmə səviyyəsi 100%-dir. Ötən il tərəvəz ixracı 2003-cü ilə nisbətən 4,7 dəfə artaraq 55 min tona, o cümlədən faraş pomidor ixracı 36 min tona, xiyar ixracı isə 13 min tona çatıb.

Eyni zamanda, dövlət tərəfindən 88 hektar ərazidə 148 istixanaya 52,3 mln., o cümlədən 69 hektar ərazidə 27 müasir istixanaya 47,7 mln. manat güzəştli kredit verilib. Ümumilikdə, Fond tərəfindən Sabirabad rayonu üzrə 261 sahibkara 8,7 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 1 228 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR