Bank Of Baku

Qəbələdə 42 sahibkara 768 min manat güzəştli kredit verilib

Qəbələdə 42 sahibkara 768 min manat güzəştli kredit verilib
# 23 may 2013 13:52 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) təşkilatçılığı ilə Qəbələ rayonunun Hacallı kəndində «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib. APA-nın məlumatına görə tədbirdə Qəbələ və ətraf rayonlarda fəaliyyət göstərən 80-ə yaxın sahibkar iştirak edib. Tədbirdə Fond tərəfindən Qəbələnin iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və prioritet hesab olunan bağçılıq, kiçik cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, meşə meyvələrinin və balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

 

SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində 1 421 investisiya layihəsinin maliyyələşdirilməsinə 145,6 mln. manat güzəştli kredit verilib. İndiyədək Şəki-Zaqatala iqtisadi rayonu üzrə sahibkarlıq subyektlərinin 1 350 investisiya layihəsinin maliyyələşdirilməsinə 81,2 mln. manat güzəştli kreditlər təqdim olunub.

 

Tədbirin sonunda Qəbələ rayonu və ətraf rayonlarda fəaliyyət göstərən 42 sahibkar 767,5 min manat güzəştli kredit alıb. Bu kreditlər hesabına 80-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilən kreditlər əsasən taxılçılıq, heyvandarlıq, quşçuluq sahələrinin inkişafına yönəldiləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR