Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti sahibkarların iştirakı ilə zona müşavirələrinə start verib.
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu gün Gəncə, Şəki və Lənkəran şəhərlərində və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarların iştirakı ilə zona müşavirəsi keçirilib.
Müşavirədə qiymətli metalların və qiymətli daşların, habelə onlardan hazırlanmış zərgərlik və ya digər məişət məmulatlarının istehsalı, emalı və istifadəsi, dövriyyəsi fəaliyyət növü ilə məşğul olan sahibkarlara müvafiq qanunvericiliyin tələbləri izah edilib, onları maraqlandıran məsələlərin və həmçinin ötən dövrlərdə aparılan nəzarət tədbirlərinin təhlili, ən çox rast gəlinən nöqsanların araşdırılması və digər maarifləndirmə tədbirləri ilə bağlı qarşılıqlı müzakirə aparılıb.
Müşavirələr digər regionlar üzrə davam etdiriləcək.