Bank Of Baku

Quba-Xaçmaz iqtisadi rayonunun sosial-iqtisadi inkişafı və perspektivləri ilə bağlı tədbir keçirilib

Quba-Xaçmaz iqtisadi rayonunun sosial-iqtisadi inkişafı və perspektivləri ilə bağlı tədbir keçirilib
# 31 iyul 2013 14:30 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Xaçmaz rayonunda «Quba-Xaçmaz iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: nailiyyətlər və perspektivlər» mövzusunda tədbir keçirilib.

 

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri və Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 300-ə yaxın sahibkar iştirak edib.

 

Tədbirdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkə hökumətinin regionların inkişafına böyük diqqət yetirdiyini vurğulayıb, regionların tarazlı inkişafının təmin olunmasında ölkə başçısı tərəfindən təsdiq olunmuş dövlət proqramlarının icrasının xüsusi əhəmiyyətini qeyd edib və bildirib ki, hazırda Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası davam etdirilir, yeni müəssisələr və iş yerləri açılır, müasir infrastruktur yaradılır: «Dövlət başçısı tərəfindən Xaçmazda iyulun 19-da açılışı edilən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzi regionun gələcək iqtisadi inkişafına töhfə verəcək və bu regionun mövcud potensialından səmərəli istifadə etməklə prioritet istiqamətlər üzrə təkliflərin hazırlanmasına və təşviqat işlərinin aparılmasına xidmət edəcək».

 

AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru İsa Alıyev, İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə regionların, eyni zamanda qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi üçün elmi araşdırmaların zəruriliyini qeyd etmiş, bu sahədə həyata keçirilən tədqiqat işləri barədə məlumat veriblər.

 

İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, xarici ticarət siyasəti və ÜTT şöbəsinin müdiri Bəxtiyar Alışov, regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov, Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov çıxışlarında regionların inkişafı dövlət proqramında Quba-Xaçmaz iqtisadi rayonu, o cümlədən Xaçmaz rayonu üzrə nəzərdə tutulmuş tədbirlər, sahibkarlara göstərilən elektron xidmətlər, ölkədə istehsal olunan məhsulların yeni bazarlara çıxış imkanları və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat veriblər.

 

ASK prezidentinin müşaviri Faiq Səmədov çıxışında ölkənin dinamik iqtisadi inkişafında, dövlət proqramlarından irəli gələn vəzifələrin icrasında sahibkarların yaxından iştirak etdiyini bildirib, Azərbaycanda sahibkarlığın inkişafına böyük diqqət göstərildiyini vurğulayıb.

 

Tədbirdə çıxış edən beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın inkişafına göstərilən dəstək tədbirlərini müsbət qiymətləndirib və bu istiqamətlərdə həyata keçirilən tədbirlərin vacibliyini vurğulayıb.

 

Tədbir çərçivəsində iki panel iclas keçirilib. Sənaye parklarının yaradılması üzrə keçirilmiş panel iclasda ölkədə uğurla həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq yaradılan Sumqayıt Kimya Sənaye Parkının təqdimatı keçirilib, sənaye parkında müəssisələrin rezident kimi qeydiyyata alınması və sahibkarlara ediləcək güzəştlər barədə məlumat verilib.

 

Kiçik sahibkarlığın inkişafı ilə bağlı keçirilmiş digər panel iclasda isə sahibkarlığın inkişafı sahəsində görülmüş işlər barədə məlumat verilib, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün biznes planların hazırlanmasına dair maarifləndirici tədbir keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR