Bank Of Baku

Rəsmi Bakı ABŞ şirkətlərinin Azərbaycanın sənaye və İKT sektoruna sərmayə yatırmasında maraqlıdır

Rəsmi Bakı ABŞ şirkətlərinin Azərbaycanın sənaye və İKT sektoruna sərmayə yatırmasında maraqlıdır
# 25 noyabr 2013 12:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən il Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsinin həcmi təxminən 2,3 mlrd. ABŞ dolları təşkil edib. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Rüfət Məmmədov bildirib.

 

Onun sözlərinə görə, iki ölkə arasında müxtəlif sahələrdə ticarət əməkdaşlığı aparılır: «Bu, əsasən energetika, kimya, məişət avadanlıqları və yeyinti sənayesi məhsulları sahələridir».

 

R.Məmmədov bildirib ki, Azərbaycan tərəfi ABŞ şirkətlərinə Azərbaycanda həyata keçirilən layihələri təqdim edəcək: «ABŞ şirkətlərinə Sumqayıt Texnologiyaları və Balaxanı Ekosənaye parklarını təqdim edəcəyik. Çünki Azərbaycana gələn bir sıra şirkətlər bu sahələrdə fəaliyyət göstərən şirkətlərdir. İstəyirik ki, hər iki sənaye parkında ABŞ şirkətləri fəaliyyətlərini qursun».

 

R.Məmmədov qeyd edib ki, həmçinin, Azərbaycanda Yüksək Texnologiyalar Parkı yaradılıb və rəsmi Bakı ABŞ şirkətlərinin bu parkda da fəaliyyət göstərməsinin tərəfdarıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR