Bank Of Baku

Sabah Latviyanın baş naziri Valdis Dombrovskis Azərbaycana gəlir

Sabah Latviyanın baş naziri Valdis Dombrovskis Azərbaycana gəlir
# 26 noyabr 2012 14:54 (UTC +04:00)

 

Latviyanın Azərbaycandakı səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, səfərdə məqsəd ikitərəfli əməkdaşlığın genişləndirilməsi və yeni investisiyaların cəlb olunmasıdır.

 

Səfər zamanı V.Dombrovskis Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nəqliyyat naziri Ziya Məmmədov və digər müvafiq qurumların rəhbərləri ilə görüşlər keçirəcək, Azərbaycan-Latviya biznes-forumunun açılış mərasiminə qatılacaq. Baş nazir Azərbaycan rəhbərliyini nəqliyyat, tranzit, logistika, İKT, sosial təminat, təhsil, sənaye, turizm, energetika, xarici ticarət və bank sektorlarında əməkdaşlığın gücləndirilməsi üçün müvafiq layihələrlə tanış edəcək.

 

Baş nazirin başçılıq etdiyi nümayəndə heyətinə 80-dən artıq latviyalı sahibkar daxil olacaq: “Bu, son bir neçə ildə Latviyanın ən böyük biznes nümayəndə heyətidir ki, yerli sahibkarların Azərbaycana marağının göstəricisidir”.

 

Azərbaycan-Latviya biznes-forumunda hər iki tərəfdən 200-ə qədər sahibkar iştirak edəcək. Forumda ticarət və investisiyalar sahəsində əməkdaşlıq imkanlarını genişləndirmək yolları müzakirə olunacaq.

 

Bundan başqa, baş nazir Latviyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunmuş Latviya Respublikasını elan olunması münasibətilə keçirilən qəbulda və “Latviya Günləri”nin açılış mərasimində, eləcə də iki ölkə arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlıq mövzusunda keçirilən dəyirmi masada iştirak edəcək.

 

Səfərinin sonunda  V.Domrovskis Qəbələyə gedəcək, burada fəaliyyət göstərən yerli müəssisələrlə əməkdaşlıq imkanları ilə tanış olacaq, Səngəçal neft terminalına baxış keçirəcək.

 

Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə gerçəkləşən səfər noyabrın 30-da başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR