Bank Of Baku

Sahibkarların işinə qanunsuz müdaxiləni qadağan edən qanun layihəsi parlamentdə müzakirəyə çıxarılır

Sahibkarların işinə qanunsuz müdaxiləni qadağan edən qanun layihəsi parlamentdə müzakirəyə çıxarılır
# 24 iyun 2013 13:56 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, layihənin növbəti plenar iclasda müzakirəyə çıxarılması planlaşdırılır.

 

Yeni hazırlanan “Sahibkarların maraqlarının müdafiəsi və sahibkarlıq sahəsində keçirilən yoxlamaların tənzimlənməsi haqqında” qanun layihəsi ilə bağlı ziddiyyətli məqamlar qismən müzakirə olunub və qərara alınıb ki, növbəti plenar iclasda ikinci oxunuşda müzakirəsindən sonra qeyd olunan məqamlar ətrafında ictimai müzakirələr təşkil olunsun.

 

Qanun layihəsinin müzakirəsinin təxirə düşməsinə səbəb kimi layihə ilə bağlı ziddiyyətli məqamlardan ən əsası orada qeyd olunan risk qruplarının təyinatı ilə bağlı kateqoriyaların müəyyənləşdirilməsindən ibarətdir. Belə ki, yoxlamaların aparılmasına müvafiq hallarda şərait yaradacaq I, II və III risk qruplarına sahibkarların hansı kateqoriyalar üzrə düşməsi qanunda tam olaraq dəqiq müəyyən oluna bilməyib. Bundan başqa, yoxlama orqanlarının yoxlamalar aparması ilə bağlı uzlaşdırılma layihədə tam olaraq başa çatdırılmayıb. Yəni yoxlayıcı orqanların müvafiq risk qrupları üzrə il ərzində hansı növbə ilə yoxlamaları aparacaqları aydınlaşmayıb. Bütün bunlara baxmayaraq, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi İqtisadi siyasət komitəsi ilə birgə layihəni ikinci oxunuşda plenar iclasa tövsiyə edib və ikinci oxunuşda müzakirəsindən sonra kütləvi ictimai müzakirələrin təşkil olunması qərara alınıb.

 

Qanun qəbul olunduğu təqdirdə, Azərbaycanda müəyyən olunmuş müddətdən kənar, yaxud vəzifəsindən sui-istifadə edərək sahibkarları yoxlayan yoxlayıcı orqanın əməkdaşları inzibati və cinayət məsuliyyətinə cəlb olunacaqlar.

 

Yeni qanunda yoxlamaların aparılması üçün vaxt təyin olunması ilə bağlı sahibkarlıq fəaliyyəti 3 risk - aşağı, orta və yüksək risk qruplarına bölünüb. Qeyri-yeyinti sənayesi sahəsində aşağı risk qrupuna aid olan sahibkarlıq subyektləri 3 ildən bir, orta risk qrupuna aid olanlar 2 ildən bir, yüksək risk qrupuna aid olanlar isə ildə bir dəfə yoxlanacaq. Yeyinti sahəsində isə aşağı risk qrupunda fəaliyyət göstərən sahibkarlıq subyektləri 2 ildən bir, orta risk qrupuna aid olanlar ildə bir dəfə, yüksək risk qrupuna aid olan sahibkarlıq subyektləri isə 6 aydan bir yoxlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR