Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu Ağdam rayonu üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu Ağdam rayonu üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb
# 21 may 2013 08:02 (UTC +04:00)

Bakı – APA-Economics. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağdam rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, SKMF tərəfindən Ağdam rayonu üzrə sahibkarlıq subyektlərindən müasir soyuducu anbar kompleksinin yaradılması, kiçik həcmli müasir çörək istehsalı müəssisəsinin yaradılması, kiçik və ya orta həcmli tərəvəz emalı müəssisəsinin yaradılması, kiçik cins heyvandarlıq təsərrüfatlarının yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

 

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR