Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu Lerik rayonunda bir sıra prioritet sahələri maliyyələşdirəcək

Sahibkarlığa Kömək Milli Fondu Lerik rayonunda bir sıra prioritet sahələri maliyyələşdirəcək
# 25 iyul 2013 14:45 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Lerik rayonunun Günəşli kəndində «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirib.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbir çərçivəsində Fond tərəfindən Lerik rayonu üzrə sahibkarlıq subyektlərindən kiçik cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının yaradılması, cır meşə meyvələrinin və balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

 

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

 

Əlavə məlumat üçün SKMF-ə müraciət etmək olar: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi,172 (telefon: (012) 434-74-29; faks: (012) 432-37-17; e-mail: [email protected]).

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR