Bakı - APA-Economics. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Mingəçevir şəhərində prioritet hesab olunan sahələr üzrə sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb.
Nazirlikdən “APA-Economomics”ə verilən xəbərə görə, Mingəçevir şəhəri üzrə sahibkarlıq subyektlərindən müasir iplik və parça istehsalı fabrikinin yaradılması, tikinti materialları istehsalı sahəsinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.