Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbir çərçivəsində SKMF tərəfindən Sabunçu rayonu üzrə sahibkarlıq subyektlərindən kiçik və orta həcmli istixana, üzümçülük və zeytunçuluq təsərrüfatlarının yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, bu investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün SKMF-ə müraciət etmək olar (Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi,172; tel: (012) 434-74-29; faks: (012) 432-37-17; e-mail: [email protected]).