Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu Suraxanı rayonunda prioritet sahələr üzrə layihələrin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu Suraxanı rayonunda prioritet sahələr üzrə layihələrin qəbuluna başlayıb
# 01 mart 2013 13:01 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Suraxanı rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

 

SKMF-dan «APA-Economics»ə verilən məlumata görə, Fond tərəfindən Suraxanı rayonu üzrə sahibkarlıq subyektlərindən müasir çörək zavodunun, zeytunçuluq təsərrüfatlarının və müasir quş kəsimi müəssisəsinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

 

Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilər.

 

Əlaqə telefonu: (+994 12) 434-74-29.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR