Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu Zaqatala sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayır

Sahibkarlığa Kömək Milli Fondu Zaqatala sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayır
# 11 iyun 2013 08:20 (UTC +04:00)

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Zaqatala rayonu üzrə sahibkarlıq subyektlərindən müasir heyvandarlıq kompleksinin yaradılması, çayçılıq, taxılçılıq və tütünçülük təsərrüfatlarının yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR