Bank Of Baku

Şamaxıda prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanılıb

Şamaxıda prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanılıb
# 28 avqust 2013 08:44 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Şamaxı rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Fond Şamaxı rayonunun Həmyəli kəndində «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirib. Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, SKMF tərəfindən Şamaxı rayonu üzrə sahibkarlıq subyektlərindən müasir heyvandarlıq kompleksinin yaradılması, müasir ət kəsimi müəssisəsinin yaradılması, kiçik və orta həcmli üzümçülük təsərrüfatlarının yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

 

Qeyd edək ki, sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər (tel.: (012) 434-74-29; faks: (012) 432-37-17; e-mail: [email protected]).

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR