Bank Of Baku

Şəkidə sahibkarlar üçün treninq keçirilib

Şəkidə sahibkarlar üçün treninq keçirilib
# 31 may 2013 13:12 (UTC +04:00)

Bakı – APA-Economics. Şəki şəhərində İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar üçün “Biznes ideyanı yarat, öz biznesinə başla və təkmilləşdir”, “Biznes planların və investisiya layihələrinin hazırlanması” və “İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında treninq keçirilib.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, marketinq araşdırmalarının, strateji planlaşdırmanın, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması, yeni fəaliyyət istiqamətlərinin müəyyən edilməsi, innovativ texnologiyaların tətbiqi, yeni məhsul istehsalının və yeni xidmətlərin göstərilməsinin təşkili, insan resurslarının peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və s. barədə ətraflı məlumatlar verilib.

 

Tədbir iştirakçıları həmçinin İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, elektron portallar və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar və s. barədə məlumatlandırılıb.

 

Bundan əlavə, tədbir iştirakçılarına “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında ətraflı məlumat verilib.

 

Treninq çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR