Bakı – APA-Economics. Vergilər Nazirliyinin 5 saylı ərazi Vergilər İdarəsi vergi borclarının alınması şöbəsinin əməkdaşları Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən fiziki şəxs Anar Sahib oğlu Səmədova məxsus (VÖEN 2100263602) «Təsərrüfat malları» mağazasında əmlakı siyahıya alıblar.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, fiziki şəxsin fəaliyyəti vergi orqanı əməkdaşları tərəfindən araşdırılarkən, onun 1 872,76 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib, 2013-cü il fevralın 1-də yaranmış vergi borcu ilə əlaqədar olaraq ona bildiriş göndərilib, lakin borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddət ərzində ödənilmədiyindən A.Səmədovun bank hesabına sərəncam qoyulub.
Cari ilin fevralın 12-də Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi obyektdəki əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb və mağazadakı avadanlıqlar müəyyən edilmiş qaydaya uyğun olaraq siyahıya alınıb.