Bakı. Viktoriya Dementyeva – APA. Oktyabr ayında Sloveniya iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək. APA-nın xəbərinə görə, səfər Sloveniyanın ticarət və sərmayələri təşviq Agentliyi tərəfindən təşkil olunub. Qonaqlar oktyabrın 16-24-də Azərbaycanla yanaşı, Rusiyada da müxtəlif görüşlər keçirəcəklər.
Səfərdə məqsəd Sloveniya ilə Azərbaycan arasında ticarət sahəsində əməkdaşlığın inkişafı və biznes əlaqələrinin genişləndirilməsidir. Nümayəndə heyəti həm rəsmi şəxslər, həm də sahibkarlarla görüşəcək.