Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi artıq gələn həftədən avtomobil idxalçıları ilə «Euro-4» ekoloji standartının tətbiqi ilə bağlı görüşlər keçirməyə başlayır.
«APA-Economics»in məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov bildirib.
Onun sözlərinə görə, artıq bazar ertəsi günündən etibarən Komitə əməkdaşları Dövlət Gömrük Komitəsinin işçiləri ilə birgə ölkəyə avtomobil idxal edən şirkətlər və fiziki şəxslərlə görüşlər keçirməyə başlayacaq: «Onlar üçün bununla bağlı müəyyən izahatlar aparılacaq».
Qeyd edək ki, Azərbaycan aprelin 1-dən «Euro-4» ekoloji standartının tətbiqinə başlayır.