Bank Of Baku

Sumqayıtda içərisində bağırsaq çöpləri olan 183 kq kolbasa və sosiska məhsulları aşkar edilib - FOTO

Sumqayıtda içərisində bağırsaq çöpləri olan 183 kq kolbasa və sosiska məhsulları aşkar edilib  - <span style="color: red;">FOTO
# 04 iyul 2013 14:35 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Sumqayıt şəhərində təşkil olunan yarmarkada külli miqdarda mənşəyi məlum olmayan, təhlükəli ət məhsulları aşkar olunub.

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Sumqayıtın 8-ci mkr. ərazisindəki yarmarkada keçirdiyi dövlət nəzarəti zamanı özünü Sumqayıt şəhəri sakini kimi təqdim edən Səfərəliyev Kamil Sərdar oğlu və Xızı rayonu sakini kimi təqdim edən Ağayev Dünyamalı Ağa oğlunun satdıqları kolbasa məhsullarının uyğunluq və gigiyenik sertifikatlarının mövcud olmadığını aşkar edib.

 

Həmçinin kolbasa məhsullarının daşınması, saxlanılması və satışı üçün nəzərdə tutulmuş tələblərin heç biri yerinə yetirilməyib. Kolbasa və sosiska məhsulları yarmarkaya satıcılar tərəfindən minik avtomobillərinin yük yerlərində, avtomobillərin salonunda ayaq altında, sanitariya qaydalarına və temperatur rejiminə riayət edilmədən gətirilib. Məhsullar 00C-dən 80C-dək temperaturda soyuducularda saxlanmalı olduğu halda, burada açıq havada, günəş şüalarının altında, natəmiz piştaxtalarda və avtomobillərin yük hissəsində saxlanılır və əhaliyə satılır.

 

Bundan başqa, araşdırma zamanı müəyyən olunub ki, məhsulların bir çoxunun markalanması aparılmayıb. Eyni zamanda orqanoleptik baxış zamanı məhsulların üzərinin kif qatı, bəzilərinin üzərinin seliklə bağlandığı, qidaya yararsız hala düşdüyü, kənar xoşagəlməz iyə malik olduğu müəyyən olunub. Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti götürülmüş nümunələrin laboratoriya sınaqları nəticələrinə əsasən, yoxlanılan məhsullardan üzərində heç bir məlumatı olmayan bişmiş kolbasa məhsulunda, hisə verilmiş kolbasa məhsulunda, sosiska məhsulunda, üzərində istehsalçısı, istehsal tarixi qeyd olunmayan “İsgəndər Qida” nişanlı sosiska məhsulunda, “İsgəndər Qida” nişanlı “Kurinaya” bişmiş kolbasa məhsulunda mikrobioloji göstəricilərdən bağırsaq çöpləri qrupundan olan bakteriyalar və mezofil-aerob və fakultativ-anaerob mikroorqanizmləri aşkarlanıb.

 

Bu səbəbdən ümumi çəkisi 183 kq olan kolbasa və sosiska məhsulları utilizasiya barədə akta əsasən, yandırılaraq məhv edilib. Həmçinin ümumi çəkisi 118 kq olan kolbasa məhsulunun partiya satışının qadağan edilməsi barədə tələbnamə verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR