Bank Of Baku

Sumqayıtda iki obyektin əmlakı siyahıya alınıb

Sumqayıtda iki obyektin əmlakı siyahıya alınıb
# 15 noyabr 2012 15:47 (UTC +04:00)

 

Bakı – APA-Economics. Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsi vergi borclarının alınması şöbəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən, «SAS» MMC-yə məxsus gözəllik salonu və sağlamlıq mərkəzində əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, oktyabrın 15-də müəssisənin 2 229 manat vergi borcu yaranıb, oktyabrın 23-də ona borc bildirişi göndərilib, noyabrın 5-də isə Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən yaranmış vergi borcunun ödənilməsini təmin üçün gözəllik salonuna məxsus əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb. Vergi əməkdaşları obyektdəki 2 500 manat məbləğində müxtəlif növ trenajor alətlərini müvafiq qaydada siyahıya alıblar.

 

Həmin gün vergi xidməti əməkdaşları Sumqayıt şəhərindəki daha bir obyektdə - 21-ci mikrorayonda yerləşən, fiziki şəxs Eldəniz Mahir oğlu Allahverdiyeva məxsus dəmirçi sexində də əmlakı siyahıya alıblar. E.Allahverdiyevin fəaliyyəti vergi orqanı əməkdaşları tərəfindən araşdırılarkən, onun aprel ayında 2 828,5 manat vergi borcunun yarandığı müəyyən edilib, aprelin 23-də ona vergi borcu haqqında bildiriş göndərilib, noyabrın 12-də isə fiziki şəxsə məxsus əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb. Vergi əməkdaşları dəmirçi sexindəki 3 min manat dəyərində əmlakı müvafiq qaydada siyahıya alıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR