Bank Of Baku

Ukraynanın Rovensk vilayətinin nümayəndə heyəti Qəbələyə səfər edəcək

Ukraynanın Rovensk vilayətinin nümayəndə heyəti Qəbələyə səfər edəcək
# 09 sentyabr 2013 13:52 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Sentyabrın 10-11-də Ukraynanın Rovensk vilayətinin nümayəndə heyəti Azərbaycanın Qəbələ şəhərində səfərdə olacaq.

 

Ukraynanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, Rovensk vilayət administrasiyasının sədri Vasili Bertaşın başçılıq etdiyi nümayəndə heyətinə Xalq Deputatları Sovetinin sədri Yuri Kiçatıy, Rovno şəhərinin meri Vladimir Xomko, vilayətə daxil olan altı rayonun administrasiya rəhbərləri və özəl sektorun 33 təmsilçisi daxildir.

 

Səfər çərçivəsində Rovensk vilayət administrasiyası və Qəbələ şəhər İcra Hakimiyyəti arasında regionlararası əməkdaşlıq haqqında sazişin imzalanması və paraflanması olacaq, vilayətin iqtisadi və investisiya potensialına dair təqdimat keçiriləcək, “Lisova pesnya” duetinin və Rovensk Filarmoniyasının solisti Mariya Zlatanın konserti baş tutacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR