Bank Of Baku

Ümumdünya Gömrük Təşkilatının Bakı ofisində yeni gömrük qaydaları ilə bağlı görüş keçirilib - FOTO

Ümumdünya Gömrük Təşkilatının Bakı ofisində yeni gömrük qaydaları ilə bağlı görüş keçirilib - <span style="color: red;">FOTO
# 31 yanvar 2013 15:04 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün Bakıda Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində yeni qəbul olunmuş gömrük qaydaları ilə bağlı görüş keçirilib.

 

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, özəl sektorun nümayəndələri üçün nəzərdə tutulmuş görüşdə DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Şahin Bağırov, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Beynəlxalq Maliyyə Korporasiyasının yerli nümayəndəsi və digər sıra rəsmi şəxslər iştirak ediblər.

 

Ş.Bağırov bildirib ki, görüşdə məqsəd yeni Gömrük Məcəlləsində gömrük nəzarəti sahəsinə dair müddəalarla bağlı iş adamlarına ətraflı məlumat vermək, onları dərindən bilgiləndirməkdir. Baş İdarənin rəisi tədbir iştirakçılarını onları maraqlandıran məsələlər barədə fikirlərini bildirməyə dəvət edib.

 

Gömrük Məcəlləsi barədə tədbir iştirakçılarına ümumi məlumat verən Ş.Bağırov Nazirlər Kabinetinin 16 yanvar 2013-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Gömrük nəzarətinin həyata keçirilməsi qaydaları”nın tələb və normaları barədə də çıxış edib. O bildirib ki, yeni Gömrük Məcəlləsi ilə əlaqədar olaraq hazırlanan normativ-hüquqi aktlardan biri “Gömrük nəzarətinin həyata keçirilməsi qaydaları”dır. Bu sənəd mal və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən edir. Qaydalar gömrük sərhəd buraxılış məntəqələrində və gömrük rəsmiləşdirilməsi yerlərində istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulan mallara və nəqliyyat vasitələrinə münasibətdə gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyir.

 

Ş.Bağırov tədbir iştirakçılarına sözügedən Qaydalarda nəzərdə tutulan - gömrük nəzarətinin həyata keçirilməsi üçün lazım olan sənədlərin siyahısı, gömrük nəzarətinin həyata keçirilməsi üçün lazım olan sənədlərin və məlumatların təqdim edilməsi, gömrük-sərhəd buraxılış məntəqələrində mallar və nəqliyyat vasitələri üzərində aparılan gömrük nəzarəti, gömrük-sərhəd buraxılış məntəqələrində mallar və nəqliyyat vasitələri üzərində aparılan gömrük nəzarətinin mərhələləri və s. ilə bağlı ətraflı məlumat verib.

 

Daha sonra görüş iştirakçılarının mövzu ətrafında sualları cavablandırılıb, müzakirələr aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR