Bank Of Baku

Vergi Apelyasiya Şurası iki vergi ödəyicisinin şikayətini təmin edib

Vergi Apelyasiya Şurası iki vergi ödəyicisinin şikayətini təmin edib
# 18 yanvar 2013 14:23 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan Vergi Apelyasiya Şurası vergi ödəyicisi kimi Bakı şəhəri Vergilər Departamentində qeydiyyatda olan fiziki şəxs Malik Abəydulla oğlu İbrahimov (VÖEN 1900058002) tərəfindən ünvanlanmış operativ vergi nəzarətinin nəticələri üzrə tətbiq edilmiş maliyyə sanksiyasının ləğv edilməsi barədə təkrar şikayətlərə baxıb.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində yerləşən və özünə məxsus olan obyektdə kitab, məktəb və ofis ləvazimatlarının satışı ilə məşğul olan M.İbrahimov müraciətində operativ vergi nəzarəti zamanı vergi orqanı əməkdaşları tərəfindən nəzarət tədbirinin keçirilməsi ilə bağlı qərarın onlara təqdim edilmədiyini, alınmış mala görə ödənilmiş vəsaitin onun satıcısı tərəfindən nəzarət-kassa aparatına (NKA) mədaxil olunduğunu, ona qarşı tətbiq olunmuş 800 manat maliyyə sanksiyası ilə razılaşmadığını bildirmiş və həmin məbləğin ləğv olunmasını xahiş edib.

 

Vergi Məcəlləsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdır və vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirli olması ilə bağlı aradan qaldırılmaz şübhələr olduqda, onlar ödəyicinin xeyrinə şərh edilir.

 

Qeyd olunanlar nəzərə alınaraq və Vergi Apelyasiya Şurası tərəfindən toplanmış əlavə sübutlar əsas götürülməklə təkrar şikayətin təmin edilməsi, o cümlədən «Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında» aktın və «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» qərarın ləğv edilməsi haqqında qərar çıxarıb.

 

Şuranın iclasında vergi ödəyicisi kimi Bakı şəhəri Vergilər Departamentində  qeydiyyatda olan «Müasir  Ticarət Texnologiyaları» MMC-nin  (VÖEN 1302261581) direktoru Fuad Adil oğlu Cavadovun kameral qaydada  hesablanmış 87,881 min manat əlavə vergi məbləğlərinin ləğv edilməsi barədə təkrar şikayətinə də baxılıb. Araşdırma zamanı müəyyən edilib ki, müəssisə 2010-cu il avqustun 3-də dövlət qeydiyyatına alınıb və əsas fəaliyyət növü Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti,116 ünvanında yerləşən «Makros Supermarketi»ndə ərzaq məhsullarının pərakəndə satışından ibarət olub.

 

Müəssisədə keçirilmiş səyyar vergi yoxlamasının nəticələrinə dair akt tərtib edilib, lakin aktın nəticəsi üzrə yekun qərar çıxarılmayıb. Müəssisə tərəfindən mübahisələndirilən kameral yoxlamalar 2012-ci ilin iyun-avqust aylarını əhatə etdiyi üçün səyyar vergi yoxlaması ilə həmin dövrlər əhatə oluna bilinməyib. «Odur ki, müəssisənin vergi öhdəliklərinin dəqiq müəyyənləşdirilməsi məqsədilə, müəssisədə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsinə zərurət yarandığını nəzərə alaraq, Vergi Apelyasiya Şurası təkrar şikayətin təmin olunması və «Kameral qaydada vergilərin hesablanmasına dair bildirişlər»in ləğv edilməsi barədə qərar çıxarıb», - deyə Nazirliyin məlumatında bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR