Bank Of Baku

Vergilər Nazirliyinin Telefon Məlumat Xidməti ötən il 273 mindən artıq müraciəti cavablandırıb

Vergilər Nazirliyinin Telefon Məlumat Xidməti ötən il 273 mindən artıq müraciəti cavablandırıb
# 11 yanvar 2013 10:32 (UTC +04:00)

Bakı – APA-Economics. Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətində 2012-ci il ərzində vergi ödəyiciləri və ümumilikdə əhalidən daxil olmuş 273 131 müraciət cavablandırılıb, vergi ödəyicilərinə 596 866 mesaj göndərilməklə onların məlumatlandırılması təmin edilib.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Telefon Məlumat Xidmətinə daxil olmuş  müraciətlərin 138 910-u canlı rejimdə müfəttiş operatorlar, 134 221-i isə avtomatik rejimdə elektron operator tərəfindən cavablandırılıb. Müfəttiş operatorlar tərəfindən cavablandırılmış suallar arasında elektron xidmətlər (25,3%), vergi növləri (13,5%), qeydiyyat (14,3%) barədə suallar, avtomatik rejimdə qəbul edilmiş müraciətlər arasında isə vergi növləri (72%) və dövlət büdcəsinə olan vergi borcları (26,6%) barədə müraciətlər üstünlük təşkil edib.

 

Ötən il canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən cavablandırılan müraciətlərin sayı 2011-ci ilə nisbətən 18,2% artıb. İl ərzində vətəndaşlardan şikayət (ərizə) və məlumat xarakterli 744 müraciət qəbul edilərək aidiyyəti üzrə göndərilib. Canlı rejimdə vergi ödəyicilərindən daxil olan sualların 98,7%-i müfəttiş-operatorlar tərəfindən dərhal, 1,3%-i isə sual vərəqəsi tərtib edilərək araşdırıldıqdan sonra cavab verilib. Sualların 79.6%-i Bakı şəhərindən, 12.8%-i mobil operatorlardan, qalanı isə ölkənin müxtəlif bölgələrindən daxil olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR