Bakı. Viktoriya Dementyeva - APA. Volqoqradda IV Azərbaycan-Rusiya Forumu çərçivəsində “İqtisadi əməkdaşlığın yeni horizontları” adlı sərgi açılıb.
APA-nın Volqoqrad vilayəti administrasiyasının saytına istinadən xəbərinə görə, sərgidə Azərbaycanın və Rusiya regionlarının iqtisadi, sənaye və innovasiya potensialı təqdim olunub.
Volqoqrad vilayəti hökumətinin sədri Oleq Kersanov açılış mərasimində deyib ki, sənaye sərgisi işgüzar əməkdaşlığın gələcək perspektivlərini müzakirə etməyə imkan verəcək.
Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev də əmin olduğunu bildirib ki, forum ikitərəfli əməkdaşlığın inkişafına təkan verəcək.
Qeyd edək ki, Azərbaycan Volqoqrad vilayətinin aparıcı ticarət tərəfdaşları sırasına daxildir. Regionda Azərbaycan investisiyalı 10 müəssisə çalışır. Ötən ilin yekunlarına əsasən, ötən il qarşılıqlı ticarət dövriyyəsi 140 mln. dollardan artıq olub.