Bank Of Baku

Vyanada Azərbaycan-Avstriya biznes görüşləri keçiriləcək

Vyanada Azərbaycan-Avstriya biznes görüşləri keçiriləcək
# 04 aprel 2013 10:46 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Aprelin 10-12-də Vyanada Avstriya və Azərbaycan biznes dairələrinin iştirakı görüşlər keçiriləcək. «APA-Economics»in məlumatına görə, tədbirdə iki ölkənin biznesini təmsil edən qurumlar arasında görüşlərin keçirilməsi, eləcə də ayrı-ayrı iş adamları arasında danışıqların təşkili nəzərdə tutulub.

 

Azərbaycanı tədbirdə təmsil edəcək Sahibkarlar Konfederasiyasından (ASK) verilən məlumata görə, Avstriya və Azərbaycan biznes görüşlərinin təşəbbüskarı Azərbaycanın Avstriyadakı səfirliyidir. İki ölkənin biznes sektoru arasında əməkdaşlıq üçün böyük potensialın olduğunu nəzərə alan səfirlik belə görüşün keçirilməsini təklif edib və hər iki tərəf bunu müsbət qarşılayıb.

 

ASK nümayəndələri aprelin 10-12-də keçiriləcək görüşləri adi biznes forumu deyil, iki ölkə arasında geniş sahəli biznes əməkdaşlığı üçün başlanğıc kimi qiymətləndirirlər. Avstriya tərəfini təqribən 400 min işi adamını birləşdirən, ölkədə böyük siyasi və iqtisadi nüfuza malik olan Avstriya İqtisadi Palatası və onun qurumları, eləcə də digər təşkilatlar təmsil edəcək.

 

Görüşlərdə iki ölkənin biznes adamları arasında münasibətlər, əməkdaşlıq, Azərbaycan şirkətlərinin xarici ölkələrdə investisiya fəaliyyətinin genişləndirilməsi, ixrac imkanlarının artırılması, xüsusilə qeyri-neft sektoruna məxsus məhsul və xidmətlərin yeni bazarlara çıxarılması və beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı məsələlər müzakirə olunacaq. ASK prezidenti Məmməd Musayevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinə müxtəlif sahələrdə fəaliyyət göstərən 8-10 işi adamı daxildir. Burada əsasən tikinti, sənaye, qida, qadın sahibkarlığı ilə bağlı təşkilatlar təmsil olunacaqlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR