Bank Of Baku

Xarici investorlar Sumqayıt Kimya Sənaye Parkına maraq göstərir

Xarici investorlar Sumqayıt Kimya Sənaye Parkına maraq göstərir
# 19 avqust 2013 15:49 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Sumqayıt Kimya Sənaye Parkında «Weber Saint Gobain» şirkətinin Türkiyə nümayəndəliyi olan «Weber Saint Gobain Yapı Kimyasalları Tic. Aş.»nin baş direktoru Levent Gökçə və şirkətin Zavodlar və İnvestisiyalar üzrə direktoru Engin Öndərlə görüş keçirilib.

 

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Sumqayıt Kimya Sənaye Parkına investorların cəlb olunması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə «Sumqayıt Kimya Sənaye Parkı» MMC-də yerli və xarici şirkətlərlə işgüzar görüşlər keçirilir, ölkə daxilində və xaricdə Sumqayıt Kimya Sənaye Parkının təqdimatları təşkil edilir.

 

«Weber Saint Gobain» şirkətinin Türkiyə nümayəndəliyi olan «Weber Saint Gobain Yapı Kimyasalları Tic. Aş.» ilə görüş zamanı qonaqlara Sumqayıt Kimya Sənaye Parkı və rezidentlər üçün müəyyənləşdirilmiş güzəştlər barədə ətraflı məlumat verilib və qeyd olunub ki, rezidentlərə effektiv xidmət məqsədilə Sənaye Parkında «bir pəncərə» sisteminin tətbiqi nəzərdə tutulur ki, bu, qeydiyyat prosedurunun daha operativ və rahat təşkilini təmin edəcək.

 

Sumqayıt Kimya Sənaye Parkına böyük maraq göstərən «Weber Saint Gobain» şirkətinin əməkdaşları Azərbaycanda nümayəndəlik açmaq arzusunda olduqlarını bildirib.

 

Qeyd edək ki, «Weber Saint Gobain» şirkəti mərkəzi qərargahı Fransada yerləşən «Saint-Gobain» şirkətlər qrupuna daxildir. 64 ölkədə nümayəndəliyi olan şirkətin əsas fəaliyyət istiqaməti inşaat, innovasiya materialları və qablaşdırma sahələridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR