Bakı – APA-Economics. Xəzər Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə strukturunda dəyişikliklər aparılıb. «APA-Economics»in məlumatına əsasən, Klubun ali rəhbərliyinin qərarı ilə fəxri sədr, prezident və vitse-prezidentlər vəzifələri ləğv edilib.
Yeni struktura əsasən, CEIBC-də sədr, sədr müavini və Xəzər Avropa İnteqrasiya İşgüzar Klubunun İdarə Heyəti üzvləri vəzifələri tətbiq edilib. Bununla yanaşı baş icraçı direktor və sahəvi klubların prezidentləri vəzifələri olduğu kimi saxlanılıb.
CEIBC-in yeni rəhbərlərinin adları yaxın günlərdə açıqlanacaq.