Bank Of Baku

Xəzər rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

Xəzər rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb
# 02 iyul 2013 11:31 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakının Xəzər rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Fond tərəfindən Xəzər rayonu üzrə sahibkarlıq subyektlərindən kiçik həcmli istixana və zəfərançılıq təsərrüfatlarının yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.

 

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilər.

 

Əlaqə telefonu: (+994 12) 434-74-29.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR