Bakı. Nicat Mustafayev – APA-Economics. İKT sahəsində fəaliyyət göstərən Xorvatiyanın «B4B» şirkəti Azərbaycan şirkətləri ilə əməkdaşlıq etmək niyyətindədir.
«APA-Economics»in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, 1995-ci ildən İKT sahəsində fəaliyyət göstərən «B4B» şirkətinin əsas fəaliyyət sahəsi neft-qaz, tullantıların emal edilməsi, telefon rabitəsi, ictimai fəaliyyət və nəqliyyat sahəsində SAP biznes idarəetmə sistemlərinin həyata keçirilməsidir. Şirkət bu sahələrdə Azərbaycanda fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq əlaqələrinin yaradılmasında maraqlıdır.