Bank Of Baku

Yardımlı rayonunda prioritet sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Yardımlı rayonunda prioritet sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb
# 07 dekabr 2012 11:37 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Yardımlı rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Fond tərəfindən Yardımlı rayonu üzrə sahibkarlıq subyektlərindən kiçik həcmli cins heyvandarlıq təsərrüfatlarının, arıçılıq təsərrüfatlarının və kiçik həcmli meyvə emalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

 

«Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər», - deyə nazirlikdən bildirilib.

 

Əlaqə telefonu: (+994 12) 434-74-29.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR