Bank Of Baku

Zaqatalada meyvə və fındıq emalı və ixracı ilə məşğul olan şirkətlər üçün treninq keçirilib

Zaqatalada meyvə və fındıq emalı və ixracı ilə məşğul olan şirkətlər üçün treninq keçirilib
# 12 iyul 2013 15:29 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə Zaqatala şəhərində meyvə və fındıq emalı və ixracı ilə məşğul olan şirkətlər üçün "Bazar Tədqiqatları" üzrə treninq keçirilib.

 

APA-Economics”in xəbərinə görə, treninq fındıq üçün dünya bazarı, meyllər və inkişaf, ixrac prosesində bazar tədqiqatlarının əhəmiyyəti, müştərilərin müəyyən edilməsi və onlarla biznes əlaqələrinin yaradılması, beynəlxalq ticarətdə vasitəçilərin rolu kimi mövzuları əhatə edib.

 

Qeyd edək ki, 10-a yaxın yerli şirkətin iştirak etdiyi treninq Böyük Britaniya və Şimali İrlandiyanın mütəxəssisləri tərəfindən aparılıb və sonda iştirakçılara sertifikatlar təqdim olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR