Bank Of Baku

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 22 mlrd. manatı ötüb

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 22 mlrd. manatı ötüb
# 05 noyabr 2025 18:11 (UTC +04:00)

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 22 milyard 566,8 milyon manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,5 milyard manat, yaxud 12,7 faiz çoxdur.

Bu barədə “APA-Economics”ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Qeyd edilib ki, indiyədək ölkə ərazisində 109.164 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR