Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub

Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub
# 05 iyul 2019 09:58 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkına (YTP) yeni rezident qəbul olunub.

YTP-dən “APA-Economics”ə verilən məlumata görə, Ekspertlər Şurasının müsbət rəyi nəticəsində uzunmüddətli innovativ layihəli “İNKOR” MMC AMEA-nın Yüksək Texnologiyalar Parkının rezident statusunu alıb ki, bununla da YTP-nin rezidentlərinin sayı 11-ə çatıb.

Qeyd edək ki, YTP rezidentlərinə qanunvericiliyə müvafiq olaraq vergi və gömrük güzəştləri tətbiq olunur, onlara əlverişli infrastruktur şəraiti yaradılır, torpaq, istehsal sahələri, anbar və s. təqdim edilir, hüquq, mühasibat, marketinq, mühafizə, internet, konsaltinq və digər xidmətlər göstərilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR