Bank Of Baku

Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
# 08 iyun 2026 17:48 (UTC +04:00)

İyunun 8-də Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin 9-cu görüşü çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar və Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekinlə görüşüb.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Erol Özvarla görüş zamanı iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər müzakirə olunub: "Xüsusilə hər iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, eləcə də Türkiyə-Azərbaycan Universiteti çərçivəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb".

"Yusuf Tekinlə görüş zamanı iki ölkə arasında ümumi və peşə təhsili sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər müzakirə olunub. Xüsusilə İstanbulda açılması planlaşdırılan ümumi təhsil müəssisəsi, eləcə də iki ölkənin peşə təhsili müəssisələri arasında əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb", - məlumatda qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR