Bank Of Baku

Könül Behbudova: Məktəblərdə müəyyən edilmiş geyim qaydalarına riayət edilməlidir

Könül Behbudova: Məktəblərdə müəyyən edilmiş geyim qaydalarına riayət edilməlidir
# 12 oktyabr 2026 09:03 (UTC +04:00)

“Dövlətin ümumtəhsil məktəblərində şagird və müəllimlər üçün müəyyən edilmiş geyim qaydalarına riayət edilməlidir”.

APA xəbər verir ki, bu barədə “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova bildirib.

“Azərbaycan dünyəvi dövlətdir. Təhsil sistemi dünyəvi xarakter daşıyır. Təhsil sistemi dünyəvi prinsiplər əsasında fəaliyyət göstərməlidir. Məktəblərdə vahid geyim qaydalarının tətbiqi bu yanaşma çərçivəsində qiymətləndirilməlidir”, - o qeyd edib.

Könül Behbudovanın sözlərinə görə, xarici dövlətlərin dini mövzular üzərindən cəmiyyətə təsir göstərmək cəhdləri görünür: “Biz bunlara qarşı ayıq olmalıyıq. Biz bu gün dini inancların xarici siyasi təsir vasitələrinə çevrilməsi təhlükəsini görürük. Dini amildən istifadə edərək Azərbaycanın ictimai-siyasi həyatına təsir göstərmək cəhdlərinə cəmiyyətimiz diqqətli olmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR