ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı Qarabağda da "exit-poll" keçirəcək

ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı Qarabağda da "exit-poll" keçirəcək
# 02 fevral 2024 16:13 (UTC +04:00)

“Bu gün burada olmaq böyük sevincdir”.

APA xəbər verir ki, bunu növbədənkənar prezident seçkilərində “exit-poll” keçirəcək ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatının tərəfdaşı Vlada Qalan Şuşada keçirilən mətbuat konfransında deyib.

O, artıq Azərbaycanda beşinci seçkilərdə iştirak etdiklərini diqqətə çatdırıb: “Hazırda Azərbaycanda beş nəfərdən ibarət təcrübəli işçilərimiz var, onlar Azərbaycandan olan əməkdaşları da təlimatlandırıblar. Azərbaycanda seçki öncəsi sorğu aparmışıq. Biz “exit-poll”u bütün ölkədə keçirəcəyik, bura Qarabağ regionu da daxildir”.

1 2 3 4 5 İDMAN XƏBƏR

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR