Azərbaycandakı növbədənkənar prezident seçkiləri ilə bağlı Rusiyanın üç şəhərində seçki məntəqələri açılacaq

Azərbaycandakı növbədənkənar prezident seçkiləri ilə bağlı Rusiyanın üç şəhərində seçki məntəqələri açılacaq
# 31 yanvar 2024 02:52 (UTC +04:00)

Azərbaycandakı növbədənkənar prezident seçkiləri ilə bağlı Rusiya Federasiyasının üç şəhərində seçki məntəqələri açılacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı Səfirliyi məlumat yayıb.

Prezident seçkiləri ilə əlaqədar Səfirliyin teleqram kanalında bildiriş yerləşdirilib.

Rusiya Federasiyası ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə çatıdırılıb ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri keçiriləcək və bununla bağlı Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində, eləcə də Sankt-Peterburq və Yekaterinburqdakı Baş Konsulluqlarda seçki məntəqələri açılacaq.

Səsvermədə 18 yaşına çatmış, daimi və ya uzun müddət Rusiya Federasiyasının ərazisində yaşayan Azərbaycan vətəndaşları iştirak edə bilər. Bunun üçün seçki məntəqəsinin nümayəndələrinə Azərbaycan Respublikası vətəndaşının etibarlı pasportunu və ya şəxsiyyət vəsiqəsini təqdim etmək lazımdır. Prezident seçkiləri dövründə Rusiya Federasiyasına səfər etməyi planlaşdıran və səsvermədə iştirak etmək istəyən vətəndaşlardan da qeyd olunan sənədləri üzərində götürmələri xahiş olunur.

Seçki məntəqələri yerli vaxtla saat 08:00-dan 19:00-dək açıq olacaq.

Seçki məntəqələrinin ünvanları:

Moskva şəhəri, Voznesenski döngəsi15

Sankt-Peterburq şəhəri, 2-ci Sovetskaya küçəsi 27

Yekaterinburq şəhəri, Karl Liebknext küçəsi 5.

1 2 3 4 5 İDMAN XƏBƏR

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR